Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
...Deməli, Rusiya Aerokosmik Qüvvələri komandanının müavini general-polkovnik Yuri Qrexov Moskvada həbs edilib.
Xatırladaq ki, o, beş il Rusiya Aerokosmik Qüvvələrinin silahlanmasına cavabdeh olub. Ukrayna Müdafiə Qüvvələrinin Rusiya hava hücumundan müdafiə sistemlərinə və təyyarələrinə müntəzəm zərbələr endirməsinə əsasən, o, günahkar elan edilib.
Məhkəmə Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin tələbi ilə 25 noyabrda məhkəməyəqədər həbs qərarı verib.
Cinayət Məcəlləsinin maddəsi məhkəmə məlumat bazasında rəsmi olaraq açıqlanmayıb, lakin Rusiya mediasındakı mənbələr işin korrupsiya ilə bağlı ola biləcəyini bildirirlər.
Qırıcı bombardmançı isə artıq birbaşa eyham vurur ki, başqa bir günah keçisi Rusiya Hərbi Hava Qüvvələrinin komandanının müavini Kravçenko ola bilər və onlardan biri rus ənənəsinə uyğun olaraq tezliklə ya pəncərədən bayıra çıxacaq, ya da əsl rus zabiti kimi başına bir neçə atəş açaraq özünü güllələyəcək.
Bir bankada olan hörümçəklər bir-birini yeyirlər.
...Hə, qeyd edək ki, bunları SİA olaraq biz demirik, jurnalist Aleksandr Karpyuk “Facebook”da yazır.
Əli Babayev