Bankın 800 min pulunu mənimsəyən kassir saxlanıldı

26.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisidə bank əməkdaşı külli miqdarda pul vəsaitini mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs bankda kassir vəzifəsində çalışıb.
O, müxtəlif vaxtlarda bankın pul vəsaitlərini hissə-hissə mənimsəyərək şəxsi ehtiyaclarına xərcləyib. Mənimsənilən məbləğin 800 min lariyə yaxın olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxsi 11 ilədək həbs cəzası gözləyir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью