Banklar 10 ayda kredit faizlərindən 2,5 mlrd. manat gəlir əldə ediblər

29.11.2024

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-oktyabr aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 518 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 417 milyon manat və ya 19,8% çoxdur.

Banklar 2023-cü ilin yanvar-oktyabr aylarında 2 milyard 101 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 10 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 381 milyon manat (13,3%) artaraq 3 milyard 242 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью