Banklar 11 ayda əhaliyə 813 mln. manat depozit faizi ödəyiblər

26.12.2024

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 dekabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 813.4 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 276.9 milyon manat (51.6%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-noyabr aylarında banklar 536.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 91 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью