Banklar 11 ayda kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə ediblər

26.12.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-noyabr aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 807 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 471 milyon manat və ya 20,2% çoxdur.

Banklar 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyard 336 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 11 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 421 milyon manat (13,3%) artaraq 3 milyard 598 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью