Banklar 2024 cü ildə əhaliyə 905 mln. manatdan çox depozit faizi ödəyiblər

31.01.2025

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların ötən il cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 905.4 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci illə müqayisədə 309.4 milyon manat (51.9%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-dekabr aylarında banklar 596 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 214 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью