Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər

27.11.2025

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.

Marja.az bülletenə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar - oktyabr aylarında banklar 986.8 milyon manat xalis mənfəət, 1 milyard 529.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241.6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Xatırladaq ki, 2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913.7 milyon manat xalis mənfəət, 1 milyard 422.4 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdi.

Beləliklə, 2025-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 73,1 milyon manat və ya 8%, əməliyyat mənfəəti isə 107,3 milyon manat və ya 7,5% artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью