Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan qanunvericiliyində şəxsin əlil olub-olmamasına əsaslanaraq kreditin verilib-verilməməsi nəzərdə tutulmur.
Yəni, bu istiqamətdə hər hansı bir ayrıseçkilik mövcud deyil. Lakin əlilliyi olan şəxslərin gəlirləri nisbətən aşağıdır.
Bu isə onların kredit götürmə imkanlarını məhdudlaşdırır”. Bu fikiləri iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlmasında səsləndirib.
“Əlilliyi olan şəxslərin işləmək imkanları məhduddur. Bu isə onların gəlirlərinin azlığına səbəb olur.
Eyni zamanda, onların tibbi xidmətlər və digər ehtiyaclar üzrə əlavə xərcləri də mövcuddur.
Banklar kredit qərarı verərkən ilk növbədə borcalanın gəlirlərinə və xərclərinə nəzər yetirir.
Yəni, şəxsin aylıq gəlirlərindən gündəlik xərclər çıxıldıqdan sonra qalan məbləğ qiymətləndirilir.