Banklar dollar alışını artırıb Rəsmi

04.02.2025

Anews saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında  52,9 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bu məbləğ əvvəlki hərrac zamanı 47,4 milyon ABŞ dolları olub.
"Çərşənbə axşamı valyuta hərracı 52,9 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

Gülnar 

 
www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью