“Banklar əhalini əsir yesir edib”

28.09.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan bank kreditlərində yüksək faiz dərəcələrini tənqid edib.

Gununsesi.info xəbər verir ki, o, yüksək faizlə verilən kreditlərin xüsusilə maddi imkanı zəif olan insanların vəziyyətini daha da çətinləşdirdiyini deyib:

“Bank kreditlərinin yüksək faizi sələmçilikdir, qaniçənlikdir. Sanki hər ay borc götürəndən 1 litr qan sümürüb buraxırlar. Hüquqi şəxslərə, daha yüksək məbləğ pul götürənlərə, zəngin məmur sinfinə yüksək faizlə verirsən ver, daha kasıbın, miskinin, fəqirin qanını niyə sorursan? Dədə-babadan deyiblər, adamın damarına baxıb qan alarlar. Banklar isə qanı da, damarı da, iliyi də, axırda adamın özünü də sümürür, udur. Kredit bitməmiş kasıbın ömrü bitir. Krediti bitirən gün bilmirəm bank əsarətindən xilas olduğuna sevincindən, yoxsa acı kədərdən canını tapşıran nə qədər adam var. Görün insanlar hansı həyəcan, hansı psixoloji gərgin vəziyyət içindədir. Uşağına bir parça çörəyi zorla qazanan insanlar məcbur olub kredit götürür, faiz hissəsi əsas borcdan yüksək olan məbləği ona zorla ödədirlər.

Bu qədər yüksək faizçilik, rəsmi sələmçilik, iqtisadi istismar olar? Sələmçi bankların xüsusi amansızlıqla kasıb əhalini sümürməsinə son verilməli, kredit faizləri iqtisadi, sosial reallığa uyğunlaşdırılmalıdır. Banklar əhalini rəsmən əsir-yesir edib”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью