Banklar əhaliyə 101 mln. manat depozit faizi ödəyiblər

26.02.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların ötən ay cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 100.8 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 38.7 milyon manat (62.3%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında banklar 62.1 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 134.2 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью