Banklar əhaliyə 1,2 milyard manatdan çox depozit faizi ödəyiblər

30.01.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 1 milyard 282 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 376.6 milyon manat (41.6%) çoxdur.

Xatırladaq ki, 2024-cü ildə banklar 905.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat ili ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 847.9 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью