Banklar əhaliyə 198 mln. manat depozit faizi ödəyiblər

04.04.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin mart ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 197.6 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 72.1 milyon manat (57.5%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 125.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 262.8 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью