Banklar əhaliyə 299 mln. manat depozit faizi ödəyiblər

29.04.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin aprel ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 298.9 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 107.5 milyon manat (56.2%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 191.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 399 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью