Banklar əhaliyə 400 mln. manata yaxın depozit faizi ödəyiblər

29.05.2025

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin may ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 392.5 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 131.6 milyon manat (50.4%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 260.9 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 541.5 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью