Banklar əhaliyə 481 mln. manata yaxın depozit faizi ödəyiblər

26.05.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin may ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 480.6 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin mayın 1-i ilə müqayisədə 88.1 milyon manat (22.4%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında banklar 392.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 663.4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью