Banklar əhaliyə 500 mln. manat depozit faizi ödəyiblər

30.06.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin iyun ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 498.6 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 165.9 milyon manat (49.9%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 332.7 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 695.1 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью