Banklar əhaliyə 827 mln. manatdan çox depozit faizi ödəyiblər

01.10.2025

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin sentyabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 827.5 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 257.1 milyon manat (45.1%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 570.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 177 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью