Banklar əhaliyə 862 mln. manatdan çox depozit faizi ödəyiblər

27.08.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin avqust ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 862.2 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə 144.8 milyon manat (20.2%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında banklar 717.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 181.8 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью