Banklar kredit faizlərindən 1,5 mlrd. manatdan çox gəlir əldə ediblər

25.06.2025

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-may aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 540 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 295 milyon manat və ya 23,7% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 1 milyard 245 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 5 ayda (yanvar-may ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 330 milyon manat (20,3%) artaraq 1 milyard 956 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью