Banklar kredit faizlərindən 3 mlrd. manatdan çox gəlir əldə ediblər

28.11.2025

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-oktyabr aylarında müştərilərə verilmiş kreditlərdən 3 milyard 234.6 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 715.7 milyon manat və ya 28,4% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 518.9 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 10 ayda (yanvar-oktyabr ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 863.6 milyon manat (26,6%) artaraq 4 milyard 105.6 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью