Banklar kredit faizlərindən nə qədər qazanıb? STATİSTİKA

26.12.2024

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin yanvar-noyabr ayları ərzində banklar verdikləri kreditlərə görə müştərilərdən 2 milyard 808 milyon manata yaxın faiz gəliri əldə edib.

Sfera.az Mərkəzi Bankın açıqladığı məlumata istinadən xəbər verir ki, bu il bankların kredit üzrə faiz gəliri 471 milyon manat artıb.

Banklar əvvəlki ilin ilk 11 ayında kreditlərdən 2 milyard 337 milyard manat gəlir əldə edib. Əldə olunan gəlirin cəmi 813 milyon manatı depozit faizlərinə görə xərclənib və faizlərdən yüksək mənfəət əldə edilib.

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью