Banklar milyonları hara xərcləyir? REYTİNQ

31.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında ən çox əməliyyat xərci çəkən bank Kapital Bank olub.

"Yeni Sabah" xəbər verir ki, bankların əməliyyat xərclərinə görə reytinqi açıqlanıb.

Məlumata görə, Kapital Bank hesabat dövründə 976,915 milyon manat əməliyyat xərci çəkib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. Toyuqlu pizza

Reytinqdə ikinci yerdə 819,996 milyon manat əməliyyat xərci ilə International Bank of Azerbaijan (ABB) qərarlaşıb. Bankın xərcləri illik müqayisədə 13,4% artıb. İlk üçlüyü 423,462 milyon manat əməliyyat xərci ilə PAŞA Bank tamamlayıb. Bankın bu istiqamətdə xərcləri 3,9% yüksəlib.

Sonrakı yerlərdə Unibank 274,061 milyon manat, Bank Respublika 209,758 milyon manat, AccessBank 165,209 milyon manat, Xalq Bank 151,111 milyon manat və Bank of Baku 146,050 milyon manat əməliyyat xərci ilə qərarlaşıb.

Cədvələ əsasən, banklar arasında əməliyyat xərclərinin illik artım tempinə görə ən yüksək göstərici AFB Bankda qeydə alınıb. Bankın əməliyyat xərcləri 45,722 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,2% çoxdur.

Əməliyyat xərclərinin illik artımı Ziraat Bank Azərbaycanda 45,7%, Yapı Kredi Bank Azərbaycanda 30,8%, Bank of Bakuda 28,5%, Bank Eurasiada isə 27% təşkil edib.

Reytinqin sonuncu pilləsində 1,468 milyon manat əməliyyat xərci ilə Bank Melli İran-Bakı yer alıb. Bankın xərcləri illik müqayisədə 8,4% artıb.

Qeyd edək ki, reytinqdə ümumilikdə 21 bankın göstəriciləri əks olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью