Banklar sahibkarlara nə qədər kredit verib? MƏBLƏĞ

04.05.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlığa verilmiş kreditlərin həcmi 8 milyard 514,3 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Belə ki, bu, bu ilin fevral ayının sonu ilə müqayisədə 125 milyon manat və ya 1,5% çoxdur.

2025-ci ilin mart ayının sonu ilə müqayisədə bankların iri sahibkarlığa verdiyi kreditlərin həcmi isə 153,1 milyon manat (1,8%) artıb.

Mart ayının sonuna bankların biznes kredit portfelinin həcmi 16 milyard 214,8 milyon manat (1 milyard 279,8 milyon manat və ya  8,6% çox) olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью