Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Demək olar, əksər banklardan kredit götürülən zaman bank əməkdaşları kredit götürən adamların qohumlarına zəng vuraraq dəqiqləşdirmə edirlər.
Bəs banklar kredit verəndə qohumlara zəng vurub məlumat toplaya və ya məlumat verə bilərmi? Bu qanunidirmi?
Gununsesi.info-ya bu barədə hüquqşünas Uğur Əliyev danışıb. O, bu barədə deyib: “Xeyr, bankın sizin qohumlarınıza zəng edib kredit barədə mə
Bu, həm də şəxsi məlumatların qorunması hüququnun pozulmasıdır.
Azərbaycan qanunvericiliyinə görə, “Fiziki şəxslərin məlumatlarının informasiyalaşdırılması və qorunması haqqında” Qanun deyir: 1- Maddə 5.
Şəxsi məlumatlar yalnız məlumat subyektinin razılığı ilə toplana və emal oluna bilər. 2- Maddə 9.
Üçüncü şəxslərə şəxsi məlumatların ötürülməsi yalnız razılıqla mümkündür.