Banklara 56,8 milyon dollar satıldı

11.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Axar.az Azərbaycan Teleqraf Agentliyinə (ATA) istinadla xəbər verir ki, hərracda tələb 56,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Bundan öncəki - 6 fevralda keçirilən hərracda bankların dollar tələbi 54,5 milyon ABŞ dollar olmuşdu.

Fevralda keçirilən 3 hərracda banklara 164,2 milyon ABŞ dolları satılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью