Banklara köhnə dollarla bağlı qadağa qoyulub? RƏSMİ CAVAB

18.07.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tez-tez vətəndaşlar köhnə tədavüldə olan əskinasların banklar tərəfindən qəbul edilməməsindən şikayət edirlər.

Sosial şəbəkələrdə yayılan iddialara cavab olaraq, Mərkəzi Bank məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verib.

Qurumun mətbuat katibi Namiq Əliyev bildirib ki, müraciətdə qeyd olunan əskinasların kommersiya bankları tərəfindən qəbulu və dəyişdirilməsi məhdudiyyətsiz şəkildə həyata keçirilir.

"Sözügedən  əskinasın qəbul edilməməsi ilə bağlı kommersiya banklarına heç bir göstəriş verilməmişdir", – deyə Namiq Əliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью