Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% və ya 736,6 mln manat çoxdur.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə bu, 5 mlrd 88,7 mln manat və ya 12,2% artım deməkdir.
Sözügedən depozitlərin həcmində 30 mlrd 511,7 mln manat yerli valyutada olan depozitlər, 16 mlrd 277,9 mln manat xarici valyutada olan depozitlərdir.
Manat depozitlərinin həcmində illik müqayisədə 4 mlrd 774,7 mln manat və ya 18,55% artım qeydə alınıb. Xarici valyutada olan depozitlərin həcmində isə 1,9% artım qeydə alınıb.
Könül Vəliyeva