Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 59,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Bundan öncəki – 23 yanvarda keçirilən hərracda tələb 52,5 milyon ABŞ dollar olmuşdu.
Bu ilin yanvar ayında keçirilən hərraclarda 451,4 milyon ABŞ dollar satılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.