Banklarda dollara tələbat azaldı RƏQƏMLƏR | Icma.az
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankının keçirdiyi son valyuta hərraclarında bankların dollara tələbinin xeyli azalması müşahidə edilir.
Sfera.az xatırladır ki, yanvarın ilk günlərinə qədər keçirilən hərraclarda tələb adətən 70-80 milyon dollar arasında dəyişirdi.
Amma ayın ikinci yarısından başlayaraq keçirilən hərraclarda tələb xeyli azalaraq 50-60 milyon dollar intervalına düşüb.
Son 7 hərracda tələb məhz bu aralıqda dəyişib. Bu gün keçirilən növbəti hərracda da eyni vəziyyət müşahidə olunub.
Banklar cəmi 56,8 milyon dollar xarici valyuta alıblar. Vasif Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu