Icma.az bildirir, Qafqazinfo portalına istinadən. “Milli valyutada 30 min manatədək əmanəti olanların sayı cari ilin 9 ayında 36 faiz artıb”
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müz
“Bank sektoru stabil və dayanıqlıdır. Cari ildə də əhalinin və sahibkarların maliyyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanıl
On ayda bank sektorunun kredit portfeli 16,8 faiz, o cümlədən biznes kreditləri 15,9 faiz artıb.
Biznes kreditləri payı ümumi portfelin 54 faizini üstələyir”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən Vergi Məcəlləsinə depozit gəlirlərinin vergi güzəştləri ilə bağlı edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcimli əmanətçilərin sayında da artım müşahidə olunub: “Belə ki, milli valyutada 30 min manatədək əmanəti olanların sayı cari ilin 9 ayında 36 faiz artıb.
Bu güzəştlərin nəticəsində bir ildən yuxarı milli valyutada əmanətlərin payı 48,8 faizdən 56 faizə artıb.
Pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna müsbət təsir edib.