Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Banklarda girov portfelləri ilə çox sayda problemlər var. Bu problemlər düzgün qiymətləndirmə aparılmadığı üçün yaranır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bu problemlərin əvvəldən yaranmaması üçün sistemin standartlara uyğun qurulmasını təklif etdiklərini bildirib:
“Qiymətləndirici hesabatı hazırlayır və banka təqdim edir, banksa hesabatın nə dərəcədə beynəlxalq standartalara uyğun olub-olmamasını yoxlamır. Halbuki hesabatın beynəlxalq standartlara uyğunluğu yoxlanılıb, gözlənilməlidir”.
Sədr bankların öz maraqlarının olduğunu vurğulayıb:
“Bizim marağımız şəffaf bazar formalaşdırmaqdır. Qiymətləndirici prinsipləri, dünya ölkələrinin hamısında eynidir. Qiymətləndirici müstəqillik, şəfafflıq, qərəzsizlik, obyektivlik, məxfiliyin qorunması prinsiplərinə əməl etməlidir. Bu prinsiplərin hamısı icra olunsa bu sahədə heç bir problem qalmır”.
Günay Şahmar, Bizim.Media