Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Banklardan kredit götürərkən bir məqama diqqət yetirməkdə fayda var.
Bankların əksəriyyətində kredit faizi aylar üzrə bərabər bölünmür.
Müştərinin ödədiyi vəsaitin ik aylarda böyük hissəsi faiz borcuna silinir, çox az bir qismi əsas borcdan çıxır.
Son aylara yaxınlaşdıqca faizə tutulan hissə azalır və əsas hissə borcdan silinir.
Banklar hətta azalan faizi müsbət hal kimi müştəriyə təqdim etməyə çalışırlar. Əslində isə bu müştərinin ziyanınadır.
Çünki bank ümumi olaraq hesablanmış faizi aybaay eyni məbləğdə geri almır, öz gəlirini ilk aylarda götürməyə çalışır.
Məsələn, üç illik kreditin ilk 1 ilində demək olar ki, 2 ilin faizini ödəmiş oluruq.Hətta müştəri sonradan maddi vəziyyəti yaxşılaşdığı üçün krediti bağlamaq istəyəndə görür ki, faiz ödənişlərini tamamilə ödəyib.
Müştərilərin bir çoxunun fərqində belə olmadığı məsələ əslində onların ziyanına işləyir.