Bankların müştərinin ailə üzvləri və yaxınları ilə əlaqə saxlaması qanunidir? VƏKİL AÇIQLA…
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir bank-müştəri münasibətlərində şəxsi məlumatların qorunması və etik davranış prinsipləri xüsusi əhəmiyyət kəsb edir.
Banklar, müştərilərindən topladıqları məlumatları yalnız qanunvericilik çərçivəsində və razılıq əsasında istifadə etməlidirlər.
Buna baxmayaraq, bəzi hallarda bankların borclu müştərinin yaxınlarına zəng etdiyi hallar müşahidə olunur.
Bu isə bir çox hüquqi və etik suallar doğurur: Bankların müştərinin ailə üzvləri və ya digər yaxınları ilə əlaqə saxlaması qanunidirmi?
Bu cür əlaqə şəxsi həyatın toxunulmazlığı prinsiplərini pozurmu?
Məsələ ilə bağlı vəkil Şəms Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, müştərinin bank və ya kreditlə bağlı şəxsi məlumatları yalnız müştərinin özünə və onun yazılı etibarnamə əsasında səlahiyyət verilmiş rəsmi nümayəndəsinə təqdim oluna bilər: "Bu qayda həm Mülki Məcəllədə, həm də "Banklar haqqında" Qanunda açıq şəkildə nəzərdə tutulmuşdur.
Məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız qanunvericiliklə müəyyən edilmiş hallar çərçivəsində mümkündür.
Tam oxu
Xəbəri oxu