Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0,2 faiz, POS-terminalların sayı isə 4,6 faiz azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabrın 30-na fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3500 olub. Bank sektorunda çalışanların sayı 27 min 775 nəfər təşkil edib.