Bankomatların 54% i, POS terminalların isə 62% i Bakının payına düşür

04.02.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda bankomatların sayı 3 min 572-yə çatıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə POS-terminalların ümumi sayı 184 min 220 olub və onlardan 182 min 378-i təmassız ödənişləri qəbul edir.
Özünəxidmət terminallarının sayı isə 2 min 116 təşkil edib.
Qeyd edək ki, iqtisadi rayonlar arasında Bakı ödəniş infrastrukturu baxımından lider mövqedədir. Paytaxtda 1 min 930 bankomat fəaliyyət göstərir. Bakı üzrə POS-terminalların sayı 114 min 689, özünəxidmət terminallarının sayı isə 1 min 37-dir. Göründüyü kimi, ümumi bankomatların 54%, POS-terminalların isə 62,3%-i paytaxt Bakının payına düşüb.
Regionlar arasında Abşeron-Xızı iqtisadi rayonunda 246 bankomat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 184, Mərkəzi Aran iqtisadi rayonunda isə 154 bankomat qeydə alınıb. Şəki-Zaqatala iqtisadi rayonunda 153, Qarabağ iqtisadi rayonunda isə 131 bankomat mövcuddur.
Ən az bankomat Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəmi 17 bankomat, 275 POS-terminal və 4 özünəxidmət terminalı fəaliyyət göstərir.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью