BANM 35 Prezident təqaüdçüsü ilə yenə lider oldu

12.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 35-i SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

“Qafqazinfo” xəbər verir ki, əqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir. Beləliklə, BANM Prezident təqaüdçülərinin sayına görə artıq 7-ci dəfədir ölkə üzrə lider mövqedədir.

BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri Maliyyə, 10 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 3 nəfəri Kompüter elmləri, 1 nəfəri isə Data analitikası ixtisasının tələbəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью