BANM də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

03.06.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ali Neft Məktəbində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman və şöbə əməkdaşlarının iştirakı ilə BANM rəhbərliyi və əməkdaşları arasında görüş keçirilib.

BANM-dən 525.az-a bildirilib ki, görüşdə təhsil siyasətinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, müasir ali təhsil sistemində qarşıya qoyulan hədəflər və onların icrası ilə bağlı məsələlər müzakirə olunub.

Şöbə əməkdaşları və BANM kollektivi arasında açıq dialoq şəraitində keçirilən bu müzakirələr ali təhsilin inkişafına dair birgə yanaşmaların formalaşmasına töhfə verib.

Görüşün sonunda qonaqlar üçün kampus turu təşkil olunub.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью