BANM ilə Koç Universiteti arasında doktorantların hazırlanması istiqamətində müzakirə aparılıb

18.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 aprel, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib. BANM-in rəhbəri səfər çərçivəsində Koç Universitetinin rektoru professor Metin Sitti ilə də görüşüb.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, görüşdə doktorantların birgə hazırlanması istiqamətində müzakirə aparılıb. Həmçinin iki universitet arasında tədris və tədqiqat sahələrindəki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəlinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью