Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımovla keçirilən görüşdə “SABAH City” texnoparkı və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təhsil və innovasiya sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.Görüşdə, həmçinin SABAH.HUB-ın idarə heyətinin üzvü Fərhad Paşayev, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov və qurumun əməkdaşı Abutab Abbasova iştirak ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.