BANM ın 10 tələbəsi “Brend tələbə” seçilib

08.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 aprel, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 10 tələbəsi “Brend tələbə” seçilib.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, layihə AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilir. Xüsusi meyarlara əsasən müxtəlif sahələrdə uğurlar qazanan tələbələr müəyyən edilərək “Brend tələbə” statusunu qazanıblar. Onların adlarını təqdim edirik:

1. Radmila Musayeva – informasiya təhlükəsizliyi, V kurs

2. Fatimə Nəsirova – kimya mühəndisliyi, III kurs

3. Zərifə Əsədullayeva – kimya mühəndisliyi, III kurs

4. Cəvahir Yusifzadə – kimya mühəndisliyi, V kurs

5. Nəzrin Əhmədova – kimya mühəndisliyi, III kurs

6. İlahə Hacıyeva – biznesin idarə edilməsi, IV kurs

7. Şamil Fərzəlizadə – kimya mühəndisliyi, IV kurs

8. Aysel Rəhimli – proseslərin avtomatlaşdırılması mühəndisliyi, III kurs

9. Əlehsan Əliyev – kompüter mühəndisliyi, IV kurs

10. Rəna İsayeva – proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью