BANM ın 24 tələbəsi “Aspire Leaders” proqramının qalibi olub

02.04.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Bakı Ali Neft Məktəbinin (BANM) 24 tələbəsi “Aspire Leaders” proqramına qəbul olublar.

BANM-dən 525.az-a bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.

Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью