BANM in 3 tələbəsi “AzerGold”un “Təqaüd proqramı”nın qalibi seçilib

11.03.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 mart, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Təqaüd proqramı”nın qalibi olub. Qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Elnur İslamov (kimya mühəndisliyi, IV kurs), Nərmin Allahverdiyeva (kimya mühəndisliyi, V kurs), Fidan Yunusova (kimya mühəndisliyi, V kurs) qalib olublar.

Yekunda müsabiqəni uğurla keçən 10 tələbə “Təqaüd proqramı”na cəlb olunaraq, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Məqsəd gələcəkdə metallurgiya və qazma sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью