BANM in 5 startapı ölkəmizi “GIST Innovates South Caucasus 2025”də təmsil edəcək

19.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 5 innovativ startap layihəsi “GIST Innovates South Caucasus 2025” proqramına seçilib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

BANM-dən seçilmiş layihələr bunlardır:

“CleanX” – Tullantı yağların ekoloji cəhətdən təmiz və bioloji əsaslı təmizləyici vasitələrə çevrilməsi üzərində işləyir.

“CLIMASEL” – Enerji səmərəliliyini artırmaq məqsədilə binalar üçün innovativ divar və tavan panelləri inkişaf etdirir.

“CaptureX” – Sənaye tullantılarından karbon dioksidin tutulması üçün ion maye membran texnologiyası hazırlayır.

“BullyGuard” – Məktəblərdə zorakılığın qarşısını almaq məqsədilə real vaxtda aşkarlama sisteminə malik ağıllı qolbaq və mobil tətbiq təqdim edir.

“AgroWise” – Fermerlər üçün süni intellektə əsaslanan avtonom torpaq analiz sistemi ilə məhsuldarlığı və qərarverməni artırmağı hədəfləyir.

Səkkiz həftəlik pre-akselerator mərhələsi Tbilisidə keçiriləcək açılış seminarı ilə başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью