BANM in komandası “GreenTech” müsabiqəsinin qalibi oldu

29.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 aprel, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Meta Yeast” komandası “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, komanda “Davamlı inkişaf üçün sosial innovasiyalar” kateqoriyası üzrə I yeri tutub.

Müsabiqənin qalibləri kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Murad İmamverdizadə, Günəş Lətifova, Ləman Mehdiyeva, Ruslan Rüstəmzadə və Nərmin Nəbiyevadır.

Komandanın mentoru isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.

Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə 30 ali təhsil müəssisəsindən 80 komanda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью