BANM in komandası “Teens in AI IWD Azerbaijan’25” hakatonunda II yerə layiq görülüb

03.04.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

 Bakı Ali Neft Məktəbinin “Techno - BHOS” komandası beynəlxalq “Teens in AI IWD Azerbaijan’25” hakatonunda II yerə layiq görülüb.

Bu barədə 525.az-a ali məktəbdən məlumat verilib.

Komandanın üzvləri informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan Məhin Əliyeva və Aytac Abdullayeva, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan Əvəz Əsgərov, biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan Vüsal Məmmədlidir. Komandanın mentoru İnnovasiya və tədqiqatlar mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.

“NeuroVerse” – tələbələrin diqqət səviyyəsini real vaxtda izləyən və EEG sensorları ilə süni intellekti birləşdirən ağıllı öyrənmə platformasıdır. Sistem beyin fəaliyyətinə əsasən dərs formatını (interaktiv kontent, video, audio) avtomatik dəyişir, beləliklə diqqəti artırır. Müəllimlər üçün isə fərdi yanaşma imkanı yaradan canlı performans hesabatları təqdim edir.

Bu layihə BMT-nin SDG 4: Keyfiyyətli Təhsil məqsədini dəstəkləyərək süni intellektin sosial faydalarına töhfə verməyi hədəfləyir.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью