BANM institusional akkreditasiyadan uğurla keçdi

30.07.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Ali Neft Məktəbi institusional akkreditasiyadan uğurla keçərək növbəti 5 il müddətinə akkreditasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, qərar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki” çərçivəsində ali məktəbdə aparılmış institusional akkreditasiyanın nəticələrinə əsasən qəbul olunub.

Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью