Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 aprel, AZƏRTAC
2025/2026-ci tədris ilindən etibarən Bakı Ali Neft Məktəbinin (BANM) MBA mərkəzi ingilis dili ilə yanaşı, Azərbaycan dilində də tədrisə başlayır.
BANM-dən AZƏRTAC-a bildirilib ki, MBA üzrə təhsil almaq istəyən bütün tələbələr məlumat sessiyasına dəvət olunur.
Məlumat sessiyası aprelin 25-də ali məktəbin Ağ şəhər korpusunda keçiriləcək və iştirakçıları maraqlandıran bütün suallar cavablandırılacaq.
İştirak etmək istəyənlər aprelin 17-dək mütləq şəkildə link vasitəsilə qeydiyyatdan keçməlidirlər.