BANM tələbələri Portuqaliyada təhsil alırlar AZƏRTAC | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 yanvar, AZƏRTAC SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.
BANM-dən AZƏRTAC-a bildirilib ki, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.
BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar.
Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar.
Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu