BANM tələbəsi “Microsoft” şirkətində uğura imza atıb

31.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 yanvar, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Aysel Rəhimli “Microsoft” şirkətində uğura imza atıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Aysel “Microsoft Learn for Educators” proqramına müraciət edərək müvafiq mərhələləri uğurla keçib. Bununla yanaşı, o, “The Microsoft Learn Student Ambassadors” (MLSA) proqramına seçilib.

Proqram çərçivəsində Aysel şirkətin müxtəlif yarış və hakatonlarında iştirak edəcək, eyni zamanda, ona təqdim olunan “Azure” və “Microsoft” tədris materiallarından istifadə imkanı qazanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью